Axtarış
The search found 105706 results in 0.009 seconds.
Search results
Yunusların məcburi gətirilməsi ciddiləşir - QƏRAR
Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda mayın 17-də çıxarılmış qərar müvafiq orqanlara göndərilib.
Hakim bildirib ki, məhkəmə Yunusların məcburi gətirilməsi qərarının nəticəsini daha bir ay gözləyəcək: "Əgər yenə nəticə olmasa, növbəti addım atılacaq".Muxalifet - 31-05-2017
Daha bir təhsil müəssisəsi qarışdı - Deputatın qardaşının kollecində aksiya/ FOTO
Bu dəqiqələrdə Bakı Sosial Pedaqoji Kollecinin müəllimləri etiraz aksiyası keçirirlər.
BakuPost.az-a verilən xəbərə görə, buna səbəb müəllimlərin kütləvi şəkildə ixtisarının gözlənilməsidir.
Aksiyaçılar bildirirlər ki, müəllimlər üçün olacaq imtahandan Təhsil Nazirliyinin xəbəri yoxdur. Tədris hissə müdiri Əsəd İbrahimov isə deyib ki, nazirliyin xəbəri var.
Xatırladaq ki, bundan qabaq Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi yeni qərarı narazılığa səbəb olub.Muxalifet - 31-05-2017
Bakıda fəhlə faciəvi şəkildə öldü
Bakıda fəhlə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yarımtikililərdən birində fəhlə çalışan Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Vüsal Əliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./report/Muxalifet2 - 31-05-2017
“Trampın məktubunda səslənən fikirlər...” - İLHAM ƏLİYEV - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib.
APA-nın məlumatına görə, pezident İlham Əliyev Robin Danniqana XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında iştirak etdiyinə görə minnətdarlığını bildirib, ABŞ prezidenti Donald Trampa sərgiyə ünvanladığı məktubda xoş sözlərə görə təşəkkürünü çatdırmağı xahiş edib.Muxalifet2 - 31-05-2017
"Dövlət borcunun idarə olunması ilə bağlı strategiya hazırlanır" - NAZİR
"Azərbaycanda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür". Bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, hökumət tərəfindən yeni fiskal qaydaların hazırlanması istiqamətində də işlər davam etdirilir.
Bundan başqa, maliyyə naziri əlavə edib ki, dövlət borcunun idarə olunması ilə bağlı strategiya hazırlanır. "Bu sənədlər ölkədə iqtisadi sabitliyin qorunması, xarici şokların qarşısının alınması və neytrallaşdırılmasına xidmət edəcək", - deyə o vurğulayıb.Muxalifet2 - 31-05-2017
"Bu vəsait yeni Azərbaycan qurmaq üçün yetərli idi” – ƏLİ MƏSİMLİ
“Xərclənən vəsaitin istehsalla əlaqəsi zəif olduğuna görə, büdcəyə əlavə vəsait daxil olmur”
Muxalifet2 - 31-05-2017
Tələbələr istəyinə çatdı: ADU-da İMTAHANLAR LƏĞV EDİLDİ
Azərbaycan Dillər Universitetinin Elmi Şurasının iclası yekunlaşıb.
Muxalifet.az xəbər verir ki, iclasda 9 dövlət imtahanının ləğvi, 2 imtahanın saxlanması qərara alınıb. İmtahanlar 50 sualdan ibarət olacaq.Muxalifet - 31-05-2017
Milli Məclisin yaz sessiyası başa çatdı
Azərbaycan Milli Məclisinin yaz sessiyası başa çatıb.
Muxalifet.az-ın xəbərinə görə, spiker Oqtay Əsədov MM-in deyib ki, növbədənkənar sessiyası da keçiriləcək.
Sonra spiker sessiyanı bağlı elan edib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib.Muxalifet2 - 31-05-2017
Parlamentdə Qüdrət Həsənquliyevə xəbərdarlıq edildi – “MƏSULİYYƏTLİ OL…”
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə xəbərdarlıq edib.
Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Q.Həsənquliyev deyib ki, bəzi məhkəmələrin hakimləri hökmlərini hərraca çıxarırlar: “Cərimələrin artırılması bu sahədə məsələləri tənzimləmir. Bununla da bəzi hakimlər qanunsuzluq edəcəklər”.Muxalifet2 - 31-05-2017
“Azərbaycanın islahat səylərini dəstəkləyirik” – Tramp
ABŞ Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməyə davam edir.
İtar-Tacc agentliyi xəbər verir ki, bu sözlər prezident Donald Trampın bu gün Bakıda açılışı olan 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2017” sərgi və konfransının iştirakçılarına ünvanlanan müraciətində deyilir:Muxalifet - 31-05-2017
Cərimələr fantastik həddə artırılır - Azərbaycanda
Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.
Layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib.
Komitə sədri bildirib ki, Məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır.Muxalifet - 31-05-2017
Bakıda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var
Bakının mərkəzində zəncirvari qəza baş verib.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, "Lexus" markalı avtomobil idarəetməni itirərək başqa bir avtomobilə çırpılıb. Qəza zamanı zərbənin təsirindən 2 başqa avtomobil də qəzaya düşüb.
İlkin məlumata görə, "Lexus" sürücüsünün çırpıldığı avtomobilin xanım sürücüsü ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisə zamanı bir neçə ölən və yaralananın olduğu deyilir.Muxalifet - 31-05-2017
“Şahdağ Turizm Kompleksinin saxlanılması dövlətin nəyinə lazımdır?” – DEPUTAT
Millət vəkili Qüdrət Həsənquliyev qeyri-neft sektorundan daxilolmaların azalmasından və büdcə vəsaiti hesabına kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərin borc faizlərinin ödənilməsinə görə narahatlığını ifadə edib.
Q.Həsənquliyev bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi bildirib.Muxalifet - 31-05-2017
“Respublika Prokurorluğu səlahiyyət həddini aşıb” – SENSASİON MÜSAHİBƏ
“Məni aparsınlar həbsxanaya, müsahibə verməyim”
“Siz Nəcməddin Sadıqovun adını çəkməmisiniz, onun adını mən çəkmişəm”
Muxalifet2 - 31-05-2017
Azərbaycanlı milyarderin Tramp və Ərdoğanla biznes əlaqələri ÜZƏ ÇIXDI
Araşdırma Jurnalistikasının Avropa Şəbəkəsi (EİC) Türkiyədə bizneslə məşğul olan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov haqda gizli məlumatları dərc edib.
Təşkilat xəbər verir ki, yeni sənədlər Mənsimovun Tramp və Ərdoğanla biznes əlaqələrindən bəhs edir.Muxalifet - 31-05-2017
Polis şöbəsində damarlarını doğradı
Azərbaycanda polis şöbəsində intihara cəhd olub.
İstipress xəbər verir ki, hadisə Xaçmazda baş verib.
38 yaşlı, Bakının Sabunçu rayon sakini Ramin Abdulhəsən oğlu Əhmədov damarını kəsərək özünü öldürmək istəyib. Yaralı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanaya polisin müşayiətilə gətirilən yaralıya ilkin yardım göstərilib. Sonra o yenidən şöbəyə qaytarılıb.
Onun nə üçün bu addımı atdığı açıqlanmır.Muxalifet - 31-05-2017
Azyaşlı qıza təcavüz edən azərbaycanlı axtarışa verildi - FOTO
Rusiyanın hüquq-mühafizə orqanları azyaşlı qıza qarşı cinsiz zorakılıq etmiş azərbaycanlını beynəlxalq axtarışa verib.
12 yanvar 1992-ci il tarixində Lənkəran rayonunun Alekseyevka kəndində anadan olmuş Hüseynli Zeyd Tahir oğlu barəsində dövlətlərarası axtarış elan edilib.
Onun xarakterik əlamətləri və haqqında olan digər məlumatlar qırmızı xətlə açılmış bülletenə əlavə edilib. Z.Hüseynli yetkinlik yaşına çatmayan qıza qarşı törətdiyi ümumilikdə 3 epizoda görə təqsirli bilinir.Muxalifet - 31-05-2017
Ermənlərin atəş nöqtəsi məhv edildi - Video
Cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, düşmən itkilərə məruz qalıb.
Həmin görüntüləri təqdim edirik:Muxalifet - 31-05-2017
Türk hərbçilər alman əsgərlərini xilas etdi - VİDEO
Əfqanıstanda NATO qüvvələri tərkibində xidmət edən alman əsgərləri irodaniyalı hərbçilər tərəfindən təhqir olunub.
Video Almaniyanın "Bild" nəşri tərəfindən yayımlanıb.
Həmin videoda eyni cəbhədə vuruşan İordaniya əsgərlərinin almanlara silah tuşladığı, diz çökdürdüyü və döydüyü əks olunub.
Alman əsgərlərin köməyinə isə türk əsgərlər gəlib.
Həmin görüntüləri təqdim edirik:Muxalifet - 31-05-2017
Müsavatın “Avropa Koordinasiya Mərkəzi” DAĞILIR
Qurum üzvləri bir birini saxtakarlıqda, fırıldaqçılıqda, təxribat və pozuculuq fəaliyyətində ittiham edirlər.
Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi daxilində ziddiyyətlər pik həddə çatıb. Qurum daxilindəki qruplaşmalar arasında vəzifə uğrunda mübarizə, təşkilatın fəaliyyət istiqamətləri ilə bağlı fikir ayrılığı nəticəsində münasibətlər qarşıdurma səviyyəsinə qalxıb.Muxalifet - 31-05-2017