Böhran medianı da "vurdu": bir neçə iqtidaryönlü sayt bağlanır

Ölkədə baş verən maliyyə böhranı ölkə mediasına da təsirsiz ötüşməyib. Arqument.Az-a daxil olan məlumata görə, yaxın zamanlarda oliqarxların maliyyələşdirdiyi media orqanlarının bir neçəsi bağlana bilər. Bəzilərində isə ixtisarların olacağı bildirilir. Məlumatda vurğulanır ki, oliqarxlara bəzi media layihələrini dayandırmaq barədə tapşırıq verilib. Buna səbəb isə oliqarxların mediaya külli miqdarda maliyyə ayırması olub. Bundan başqa, büdcədən maliyyələşən media qurumlarında da ixtisarların olacağı istisna olunmur.

Mövzunu diqqətdə saxlayacağıq.