Türkiyə ordusu İraq sərhəddində kritik təlimlərə başladı - "Kürdüstana" XƏBƏRDARLIQ

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Silopi-Habur bölgəsində təlim başlanıldığını, təlimlə eyni zamanda sərhəd bölgəsində terrorla mübarizə əməliyyatlarına davam edildiyini açıqlayıb.
 
Müxalifət.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri Silopi-Habur bölgəsində təlim başlayıb. Təlimlə eyni zamanda sərhəd bölgəsində terrorla mübarizə əməliyyatları da davam etdirilir.
 Baş qərargah rəhbərliyindən məsələ ilə bağlı verilən açıqlamada, "Türk Silahlı Qüvvətləri tərəfindən 18-ci İl 2017 Sentyabr tarixində Silopi/habur bölgəsində bir təlim başlanılmışdır. Bu təlimlə eyni zamanda terrorla mübarizə çərçivəsində sərhəd bölgəsində əməliyyatların icrasına davam edildiyi" bildirilir.
Müxalifət.az olaraq qeyd edək ki, bu təcili qaydada təşkil olunan hərbi təlimlər PKK terroruna qarşı mübarizə üçün deyildir. Çünki terrora qarşı savaş dayanmadan sürür və əvvəllərdən fərqli olaraq Türkiə dövləti indi müdafiə vəziyyətində deyil və hər zaman hücum taktikası ilə terroru bitirmək funksiyasını yerinə yetirir. Ona görə də Türkiyə ordusunun İraq sərhəddində başlattığı hərbi təlimlər “Kürdüstan” bölgəsində keçirilməsi nəzərdə tutulan referendumla bağlıdır.
Türkiənin belə vəziyyətdə hər an İraq ərazisinə hərbi müdaxilə haqqı vardır və bu, 1926-cı ilə Ankara sazişi ilə tənzimlənir. Müqavilədə açıq mətnlə qeyd olunur ki, İraq ərazisində başqa bir dövlət yaradılarsa, Türkiyə Mosul, Kərkük də daxil 90 min kvadrat kilometr ərazini öz ərazisinə qatmaq səlahiyyətini özündə saxlayır. İraqda yaranan vəziyyət də bu qeyd olunanlarla eynidir. Kürdlər Şimali İraqda “Kürdüstan” adında yeni dövlət qurmaq istəyir və bunu səsvermə ilə legitimləşdirmək istəyirlər. Məhz buna görə də Türkiyə dərhal hərəkətə keçib və bu təlimləri xəbərdarlıq kimi dəyərləndirmək lazımdır.
Müxalifət.az