Bakıya gələn gəmini partlatmaq istədilər - Göyərtəsində 170 sərnişinlə

Türkmənistandan Bakıya gəlməyə hazırlaşan gəmidə terror aktının qarşısı alınıb.
 
İnsident avqustun 28-i qeydə alınıb. Ölkənin xüsusi xidmət orqanları Türkmənbaşı limanındakı “Bəxtiyar” adlı bərəyə partlayıcı keçirməyə hazırlaşan iki qardaşı saxlayıblar. Bildirilir ki, qardaşlar iki müxtəlif yerə bilet alıblar və partlayıcı maddələri ayrı-ayrılıqda içəri keçirərək bombanı bortda quraşdırmağı planlaşdırıblar. Onların planına əsasən, bomba Türkmənistan sularında partladılmalı idi.
Qeyd edilir ki, terrorun nəzərdə tutulduğu gün gəmidə 170-ə yaxın sərnişin, 10-larla yük və minik avtomobili hərəkət edəcəkdi.