Bakıda avtobus yük maşını ilə toqquşub: 8 nəfər xəsarət alıb - FOTO

Hadisə Biləcəri qəsəbəsində baş verib
 
Bakının Binəqədi rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
Hadisə Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qeydə alınıb.
159 saylı marşut xətti üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu üzü Biləcəri istiqamətində gələn zaman ağır tonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə avtobusda olan sərnişlərin 8 nəfəri müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların siyahısı:
1994-cü il təvəllüdlü Qasımzadə İlkin Kamal oğlu
1991-ci il təvəllüdlü Hüseynov Cavid Adil oğlu
1997-ci il təvəllüdlü Quliyev Nazim Aftandil oğlu
1994-cü il təvəllüdlü Qəniyeva Aysel İntiqam qızı
1986-ci il təvəllüdlü Hacıyev Əziz Çabay oğlu
1963-cü il təvəllüdlü Orucova Bayramxanım Sərxan qızı
1981-ci il təvəllüdlü Qurbanova Xəyalə Hüseyn qızı
1967-ci il təvəllüdlü Qənirova Şahnaz Cahangir qızı
Yaralılara 1 saylı Kliniki Tibbi Mərkəzdə ilkin yardım göstərilib. Onlar evə buraxılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzaya uğrayan avtobus cərimə meydançasına yerləşdirilib.