50 il əvvəl ölən qoç ata oldu - MARAQLI

Baxış sayı:
7696

Avstraliyada "Ser Freddie" adlı bir qoçun 50 il öncə dondurulan spermaları ilə mayalandırılan qoyunlar sağlam quzular doğub. 
 Muxalifet.az xəbər verir ki, Ser Freddi və digər üç qoçun spermalarından 34 quzu doğulub. Sözügedən qoç sperması məhv olmadan ən uzun müddət saxlanılan canlı olaraq tarixə keçib.
 Sidney Universitetində 1968-ci ildə başlanılan layihədə "merinos" cinsi qoçlar digər növlərə nisbətən daha çox yun verməsi səbəbi ilə seçilib. Beş yaşında ikən sperması dondurulan Ser Freddinin 1970-ci illərdə öldüyü bildirilib.