​Zidan "Real"a milyonlar qazandırıb

"Real Madrid" Zidanın 18 aylıq baş məşqçilik dönəmində kluba 109.4 milyon avro qazanmaqda kömək edib.
Bunun əsas hissəsi komandanın Çempionlar Liqasından maliyyə qazancının payına düşür.
Çünki İspaniya Futbol Federasiyası titula görə birbaşa mükafat vermir.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, "Real" 2014/!5 mövsümündə ÇL-da çıxışına görə 29.5 milyon, ümumilikdə isə 54.2 milyon avro əldə edib. Bu il Çempionlar Liqası və UEFA Superkuboku zəfərləri Madrid klubuna yenə gəlir gətirib.
Qeyd edək ki, Zidan 2001-ci ildə 75 milyon avroya "Yuventus"dan "Real"a transfer olunmuşdu.