​Yunanıstanda “tac” qoyulan “qanuni oğru” Rəşidov İstanbula DEPORTASİYA OLUNDU - FOTO/VİDEO

Baxış sayı:
9397

Kiyevdə hüquq-mühafizə orqanları “Xidir” ləqəbli gürcü “qanuni oğru” Xidir Rəşidovu saxlayıblar.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, onun 5 il ərzində Ukraynaya girişi qadağan edilib.
Rəşidova 2014-cü ildə Yunanıstanda “tac” qoyulub. O, Gürcüstanda cinayətkar qruplaşmanın yaradılmasına görə cəza çəkirdi. 2017-ci ildə Ukraynanın sərhədini soyad və sənədlərin rəsmi dəyişməsindən sonra keçə bilib.
Tədqiqatçıların məlumatına görə, “Xidir” Ukraynada kriminal proseslərə təsir etmək, mənzil və həyət evlərindən oğrulara nəzarət etmək fikrində idi. Bundan başqa, o, “qanuni oğrular”ın Kutaisi qruplaşmasının təsirinin gücləndirilməsi məqsədi ilə Ukraynaya gəlmişdi.
Gürcü avtoritetin İstanbula uçduğu bildirilir.