Yaponiya baş naziri Abe, Çin liderindən Şərqi Türküstanı, "UYĞURLARI" soruşdu

Baxış sayı:
3358

Yaponiyanın Baş naziri Abe, Çin lideri Şia Cinping ilə görüşdə Şərqi Türkistan gündəmə gətirdi. O, Çinin Siçuan şəhərində Asiyanın ən böyük 3 iqtisadiyyatı olan Çin, Yaponiya və Cənubi Koreya liderlərininin zirvə göüşündən sonra açıqlamalarla çıxış etdi. Muxalifet.az bu barədə "Euronews" agentliyinə istinadla xəbər verir. Dialoqun həm üçtərəfli, həm də təkbətək görüşlərdə davam etdirilməsinin lazım olduğunu söyləyən Abe, Çin prezidenti Şi Cinpinglə görüşü zamanı Sincan bölgəsindəki insan hüquqları mövzularını gündəmə gətirdiyini söylədi. Bundan əlavə, Abe, Şi Cinpinglə görüşü zamanı Pekini Şərqi Çin dənizində sülh, əməkdaşlıq və dostluq üçün əməkdaşlığa çağırdığını söylədi. Çin gəmilərinin tez-tez Yaponiyanın ərazi sularına girdiyini də xatırlatdı. Abe bildirdi: "Cənubi Çin dənizi, Hong Kong və Sincan Uyğur Muxtar Bölgəsindəki (Şərqi Türküstan) insan haqları pozuntularından danışdıq. Problemlər çox olduğu üçün, daha çox dialoq olmalıdır. İstəyirəm ki, Yaponiya- Çin münasibətləri daha da inkişaf etsin. Elə bir inkişaf ki, beynəlxalq standarta cavab versin". Siyasi təhlilçilər, Yaponiyanın baş naziri Abe Şinzonun Çin Prezidenti Şi Cinping ilə görüşü zamanı Şərqi Türküstanda insan haqları pozuntularını qaldıran ilk şəxs olduğunu söyləyirlər. Tokio hökuməti, Uyğur hüquq müdafiəçisi Rabia Kadirin 28-29 iyun tarixində Yaponiyanın Osaka şəhərində G-20 Zirvəsi zamanı gəlməsinə icazə vermişdi. Yaponiya, eyni zamanda, G-20 liderlərinin sammiti zamanı, Çinin bütün diplomatik cəhdlərinə və etirazlarına baxmayaraq viza verdiyi Rabia Kadirə mətbuat konfransı keçirməsinə icazə verdi. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının iyirmi iki üzvü Çinin Şərqi Türküstandakı uyğur türklərinə və digər müsəlman azlıqlara etdiyi rəftarı tənqid edən məktub imzaladı və kütləvi həbslərə son verməyə çağırdı. "Məktubda, Çini beynəlxalq qanunlara əməl etməyə, beynəlxalq öhdəliklərini yerinə yetirməyə, insan hüquqlarına və əsas azadlıqlarına, o cümlədən Şərqi Türküstan və Çində müsəlman azlıqların vicdan və dini azadlıqlarına hörmət etməyə dəvətə, məktubda uyğurların saxlanıldığı düşərgələrinin bağlanmasına da çağırış edildi”. İyul ayında BMT-yə təqdim olunan məktubu imzalayan ölkələrdən biri də Yaponiya idi. Muxalifet.az