Ukraynada "SÜLH RAKETLƏRİ" atılıb

Muxalifet.az vesti.ru-ya istinadla bildirir ki, Ukraynada münaqişə bölgəsində hərbi qüvvələrın təmas xəttindən geri çəkilməsini bildirən "sülh raketləri" atılıb.
“Bu gün günorta saatlarında Ukrayna tərəfindən ağ raket atıldığı, daha sonra isə ona cavab raketiylə qarşılıq verildiyi bildirilib. Təxminən bir dəqiqədən sonra hər iki tərəfdən Donbasın Zolotoye şəhərində qüvvələrin təmas xəttindən geri çəkilməsini bildirən yaşıl raketlər havaya buraxılıb”,-deyə qondama respublikanın əlaqələndirmə qrupundakı nümayəndəsi Rodion Miroşnik ”60 dəqiqə” proqramında bəyan edib.
O qeyd edib ki, LXR – da bu raketləri çoxdan gözləyirdilər. “İndi üç gün ərzində qüvvələrin təmas xəttindən tam çəkilməsi baş verməlidir. Bizdə çəkilən adam sayı az olacaq, çünki artıq 2016-cı ildə öz qüvvələrimizin çoxunu oradan geri çəkmişdik və qaytarmamışdıq“, deyə - Miroşnik davam edib. O qeyd edib ki, bir problem də var: buada ərazini tərk etməkdən imtina edən silahlı Ukrayna könüllüləri var. “Biz ATƏT-in xüsusi monitorinq qrupunun rayonun tamam silahsızlaşdırıldığını dəqiq təsdiq edən məlumatını gözləməliyik”.
Muxalifet.az