Türkiyə, Rusiya və Suriya danışıqlar masasında

Baxış sayı:
6307

Türkiyə Fəratın şərqində terrorçü dövlətin yaradılmasına heç vaxt imkan verməyəcəyini dəfələrlə bəyan edib. Muxalifet.az xəbər verir ki, milliyet.com Suriya münaqişəsinin həll olunma ehtimallarını şərh edib: “Sülh Çeşməsi” əməliyyatını işə salan Ankara bu məsələdə döyüş bölgəsində olduğu kimi , həm də danışıqlar masasında öz qətiyyətini nümayiş etdirdi və davam etdirir. Türkiyə ABŞ və Rusiyaya baxmayaraq bu əməliyyatı keçirir. Bu oyunçuların hər ikisi özlərni Türkiyənin müttəfiqi kimi aparır. Ancaq onlardan biri PKK/YPG terror təşkilatını öz məqsədləri üçün istifadə edir, digəri isə Suriya rejimindən öz maraqlarını həyata keçirmək üçün istifadə edir. Üstəlik, Moskva və Vaşinqtonun əslində gizli müttəfiqlər olduğu görünür, elə deyilmi? Mümkün qədər bir-birlərinə toxunmamağa çalışırlar, lakin bir-birlərinin ərazisinə girmədən hərəkət edirlər. Üçüncü başqa biri gəlirsə, birtəhər onu dayandırmağa çalışırlar. Məsələn, nə Rusiya, nə də ABŞ Türkiyənin döyüş bölgəsində və danışıqlar masasında həddən artıq güclənməsini istəmir. Bunun ən konkret nümunəsini Türkiyəyə YPG / PKK terrorçularının təhlükəszi bölgədən çıxarılmasına qarantiyasını verən ABŞ-ın Rusiya ilə razılaşaraq Suriya rejiminin bayrağının Menbiç, Ayn əl-Ərəb (Kobani) və Qamışlıda qaldırılmasına icazə verdiyi zaman gördük. İndi bütün diqqətlər sabah, 22 oktyabrda Soçidə, Türkiyə ilə ABŞ arasındakı 120 saatlıq atəşkəsin son günü keçiriləcək Ərdoğan-Putin sammitinə yönəlib. Putin hansı mövqe tutacaq və Suriya rejiminin bayrağı altında gizlənən terrorçularla nə baş verəcək? Türkiyə Milli Kəşfiyyat Təşkilatı rəhbərinin keçmiş müavini Cevat Öneş, hadisələrin mümkün inkişafından danışır. "Türkiyə hərbi əməliyyat aparan zaman Rusiya Suriya rejimini qorumaq mövqeyi tutdu" deyə ekspert şərh etdi -" İndi Rusiya Ayn əl-Ərəb, Menbiç və şərqdə Əsədin ələ keçirdiyi digər ərazilərlə bağlı qərar verməlidir. Rusiya bu ərazilərin rejimin nəzarəti altında qalmasının tərəfdarıdır və Türkiyənin buraya gəlməsini istəmir. Lakin Rusiya, eyni zamanda, terrorçuların girməyəcəyi müəyyən bir zona ilə bağlı Türkiyəyə zəmanət verəcəkdir. Axı, Türkiyə də demişdi ki, -"Bu ərazilərin terrorçulardan təmizlənəcəyinə əminiksə, rejimin mövcudluğu bizim üçün heç bir əhəmiyyət kəsb etmir." Məsələnin bu çərçivədə həll olunacağına inanıram. " Bu ərazilərdəki terrorçularla nə baş verəcək? Öneş sözünə davam edərək "Terrorçular cənuba gedəcəklər" dedi. "30 kilometrlik nəzarət zonamızdan kənara" ABŞ –la belə danışmışdıq . Bu torpaqlar, xüsusilə Ayn əl-Ərəb, PYD-nin kantonlar, muxtar inzibati idarələr yaratdığı ərazilər onlar üçün vacibdir. İndi Suriya rejimi, PYD-nin Suriyanın hərbi sisteminə girəcəyini bildirən PYD ilə razılaşma əldə etdi. Buna görə PYD nümayəndələrinin bu ərazilərdən kənara çəkilməsi məsələsi, əlbəttə ki, Rusiya ilə müzakirə ediləcək. " Bu o deməkdir ki, terrorçu dəstələrin bir hissəsi Suriya rejiminin ordusuna çevrilə bilər? "Bu razılaşmada belə şərtlər var, amma hələlik tam aydın deyil" dedi Onesh. - Yəni rejimlə qismən razılaşma əldə olundu. Əlbəttə ki, PYD / YPG silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması Türkiyənin tələb etdiyi və qətiyyətlə istədiyi şeydir. Nəticə etibarilə PYD / YPG silahlı qüvvələri oradan getməlidir. Rusiya ilə razılıq əldə olunarsa, irəliyə doğru müəyyən bir addım atıla bilər, məsələn, zaman-zaman müştərək patrul növbələri keçirdə bilərik". Suriya rejimi olsa belə? "Bəli" deyə ekspert cavab verdi. "Başqa sözlə, əgər belə bir qərar verərlərsə, zaman-zaman kürd muxtar idarələrin yaradıldığı ərazilər Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən yoxlanıla bilər." Öneşin sözlərinə görə, Putin Türkiyə və Suriyanı danışıqlar masasına oturtmağa çalışır. Ekspert davam edir: "Rusiya Xarici İşlər Nazirliyi daima" Türkiyə ilə Suriya arasında bağlanmış Ədən razılaşmasının qarşılıqlı şəkildə yerinə yetirilməsini istəyirik "deyə çox dəqiq açıqlamalar verir. Yeri gəlmişkən, bu əməliyyata qədər də Türkiyə Xarici İşlər Nazirliyinin, müdafiə rəhbərlərinin və kəşfiyyat təşkilatının nümayəndələri suriyalı həmkarları ilə əlaqə qurmuşdular və bu barədə açıq mənbələrdə məlumat verildi”. Bu nə deməkdir? “Əməliyyatın uğurlu olmasının müləq şərti Rusiyanın dəstəyidir. Lakin Rusiya Türkiyə-Suriya münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır və fikrimcə, bu məsələ özünü çox gözlətməyəcək. Başqa sözlə, Cenevrədəki danışıqlara qədər Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması üçün daha dəqiq irəliləmə qeydə alına bilər və tərəflər danışıqlar masasına oturacaqlar. Əlbətdə prezidentlər səviyyəsində deyil, amma birbaşa təmas, ilk növbədə daha aşağı səviyyədə olacaqdır. Kəşfiyyat idarələri artıq dialoqdadır. Bu təmasların səviyyəsi getdikcə böyüyəcək və Suriya-Türkiyə münasibətləri normallaşdırılmağa çalışılacaq ", - ekspert vurğulayıb. Tərcümə etdi: Muxalifet.az