Türkiyə millisinin üzvü avtomobil qəzasına düşdü - Foto
20-07-2018 09:42
Baxış sayı:
3898

“Osmalıspor”un və Türkiyə milli komandasının üzvü Serdar Gürler bahalı avtomobili ilə qəzaya düşüb.
Teleqraf.com “Hürriyet”ə istinadla xəbər verir ki, qəza Anadolu magistralının Düzcə hissəsində baş verib. Lamborghini markalı avtomobili ilə yol kənarındakı səddə çırpılan Serdar qəzanı xəsarətsiz ötüşdürüb. Onun yanındakı Anıl Karaer yüngül xəsarət alıb.
Fakla bağlı araşdırma aparılır.