Türkiyə Kubokunun qalibi yeni baş məşqçi ilə anlaşıb

Baxış sayı:
3871
Türkiyənin "Akhisarspor" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Muxalifet.az "Haber 7"yə istinadən məlumatına görə, bu barədə klubun prezidenti Hüseyn Eryüksəl açıqlama verib. O, Safet Susiçlə 1+1 illik müqavilə imzaladıqlarını söyləyib. 63 yaşlı mütəxəssis bu postda Okan Buruku əvəzləyib.
Qeyd edək ki, "Akhisarspor" başa çatan mövsümdə Türkiyə Kubokunun qalibi olub. Komanda 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.