Ruslan Tağıyev Özbəkistanın məşhur idmançısını məğlub edərək çempion oldu - FOTOLAR

Baxış sayı:
32572

Budo döyüş növləri üzrə dünya və Asiya çempionu Ruslan Tağıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən EFC 35 -də rəqibi üzərində parlaq qələbə qazanıb.
Muxalifet.az xatırladır ki, bu, Ruslan Tağıyevin peşəkar döyüşdə 5-ci qələbəsidir.
Ruslan Tağıyevin rəqibi Özbəkistan Respublikasının tanınmış, məğlubedilməz idmançısı titulunu qazanan Baktierjon Kosimkhodjaevdir. O, 4 peşəkar döyüşdə məğlub olmayan idmançıdır.
Ruslan  Tağiyev həmçinin budodan Azərbaycan çempionudur. Hal-hazırda SOCAR “Azəriqaz” İstehsalat Birliyində mühəndiz vəzifəsində çalışır.



Muxalifet.az