Türkiyə ilə Rusiya arasında SENSASİON RAZILAŞMA: tarixə düşəcək

Baxış sayı:
13186

"Türkiyə ilə Rusiya arasında "Su-35" döyüş təyyarələrinin satışına dair razılaşmanın imzalanması yaxın müddətdə baş tutacaq" Bunu "Defense News" nəşrinə Ankaradakı aviasiya mütəxəssisi açıqlayıb. Onun sözlərinə görə, Türkiyə və Rusiyanın hökumət rəsmiləri arasında "Su-35" qırıcılarının satışı üçün aparılan müzakirələr inkişaf mərhələsindədir. Müzakirələrə əsasən, Türkiyə 2 mərhələ formasında 48 ədəd "Su-35" ala biləcəyini bildirib. Başqa bir rəsmi şəxs isə "S-400" hava hücumundan müdafiə sistemi satışını xatırladaraq Rusiyanın Türkiyəyə "Su-35"lər üçün uyğun qiymət deməyi qəbul edə biləcəyini dilə gətirib. Rəsmi Moskva 50-70 milyon dollar civarında qiymət oxuya bilər. Aviasiya mütəxəssisi potensial "Su-35" razılaşmasının Rusiya üçün strateji əhəmiyyətə sahib olduğunu vurğulayıb. Əgər bu razılaşma əldə olunsa, "Su-35" döyüş təyyarələri "S-400"dən sonra Türkiyənin Rusiyadan aldığı ikinci böyük silah sistemi olacaq.//publika