Türk diplomatı-`Qarabağ Azərbaycandır, Qarabağ Türkiyədir`

Baxış sayı:
7075

Türk diplomatı Hulusi Kılıç, Azərbaycan və Türkiyə arasındakı münasibətlər haqqında danışdı.
Muxalifet.az asasmedya.info-ya istinadla aşagıdakı müsahibəni təqdim edir.

“Azərbaycanın Türkiyə üçün xüsusi yeri var. Sərhədimiz birdir. Çanaqqala döyüşündə canını verən azərbaycanlı qardaşlarımız var idi. Həyatda qalmaq uğrunda apardığımız İstiqlal mübarizəsində Atatürkə yardım edən Azərbaycan oğulları və qızları var idi. Bu zaman kəsiyində bacılarımız qızıl əşyalarını yığıb yardım üçün bizə göndərdilər. Digər türk dövlətləri də qardaşımızdır. Amma Azərbycan və Türkiyə ekiz qardaşlardır”.
Kılıç, Qarabağ məsələsinə də toxundu:
"BMT-nin qəbul etdiyi 4 qərar ən qısa müddət ərzində həyata keçirilməlidir. İşğal edilmiş torpaqlar geri verilməlidir. Bütün xalqları sevirik. Problem xalqlarda deyil, onları idarə edənlərdədir. Ermənistan da Gürcüstan kimi regionun inkişafından payını ala bilər. Dağlıq Qarabağ münaqişəsi həllini tapmalıdır,xalqın səbri çoxdan tükənib. Qarabağ məsələsini həll etmədən regiona sülh gəlməyəcək və heç kim rahatlıq tapmayacaq. Qarabağ Azərbaycandır. Qarabağ Türkiyədir. Bunu  hər kəs belə bilsin. ATƏT-in Minsk Qrupu həmsədrləri tez-tez görüşsələr də yeyib-içib gedirlər. Etdikləri isə yalnız vaxt itirməkdir. Münaqişənin beynəlxalq normalara uyğun həll edilməsi üçün güclü dövlətlərin məsələyə müdaxilə etməsi lazımdır".

Muxalifet.az