SON DƏQİQƏ: Bu ölkədə ŞİDDƏTLİ TOQQUŞMA başladı - Yüzlərlə insan güllələndi
25-12-2019 22:31
Baxış sayı:
4524

Qərbi Afrika ölkəsi Burkina-Fasoda üsyançıların təşkil etdiyi hücum nəticəsində yüzlərlə insan həlak olub. DHA agentliyi xəbər verir ki, hadisə Arbinda bölgəsində qeydə alınıb. Silahlılar yaşayış məntəqəsini və ərazidəki hərbi bazanı hədəfə alıb. Bəzi mənbələr tələfatın 150, bəzi mənbələr isə 200-dən çox olduğunu yazır. Ölənlər arasında qadınlar da var. Üsyançıların da çox sayda itki verdiyi deyilir. Şiddətli toqquşmalar saatlarla davam edib. Hazırda da bölgədə ara-sıra silah səslərinin eşidildiyi bildirilir. Qanlı hadisəylə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Qeyd edək ki, Burkina-Fasoda bəzi qüvvələr sabitliyi pozmaq üçün hücumlar təşkil edir./Publika.az