Skelet kraliça — Avropa tarixinin qaranlıq üzü

Avropa tarixində bir-birindən maraqlı hadisələr olub. Bəzən krallar borcları üçün müharibəyə qalxır, minlərlə insan qırılır, əkinlər yandırılır, kəndlər dağılırdı. Bəzən isə adi bir səbəb ucbatından illərlə davam edən müharibələr baş verirdi.
Muxalifet.az xəbər verir ki, Avropa krallarının həyatı da maraqlı faktlarla doludur. Tarixçi-alim Əkbər Nəcəf bu faktlardan birini bizimlə bölüşdü.
"Adil, Zalım, İntiqamçı və Ədəbi Aşiq"
Bunlar Portuqaliyanın kralı I Pedronun ləqəbləridir. Pedro hələ taxta namizəd ikən İnes adlı bir Kastilya qızı ilə gizli eşq yaşayırdı. Kral olan atası oğlunun bu qeyri-etik, kral ailəsinə yaraşmayan işlərindən narahat idi. Buna görə, adamlarına oğlunu təqib etməsini əmr etmişdi. Kralın mühafizəçiləri Pedronu qizli aşiqi ilə tutuqlarında qadının başını onun gözləri qabağında qopartdılar.
1357-ci ildə Pedro taxta çıxdığında bütün qatillərin tutulmasını əmr etdi. Sonra onların diri-diri ürəklərinin çıxardılmasını zövqlə izlədi. Başı qopardılmış qızın sümüklərini isə bir çuxurdan tapıb çıxardılar.
İnesin sümüklərini kraliyyət libasına büründürdülər. Bir şəkildə skeletə tikilmiş başına kraliça tacı qoydular. Və taxt mərasimi sırasında kral I Pedro onu yanındakı taxta oturtdu. Sonra saray məmurları sıraya düzülüb skeletin əlini öpdülər və bir ağızdan "Portuqaliya kraliçası" deyə onu alqışladılar.