Rusiyanın Afrikadakı "qanlı almaz" ticarəti, "Vaqner" muzdlu ordusu

Rusiya, ABŞ və Avropanın müqavimətinə baxmayaraq, son zamanlar Moskva ilə hərbi və ticari əlaqələrə girən keçmiş Fransa koloniyası Mərkəzi Afrika Respublikasından “qanlı brilyantlar”ın satışına qoyulan qadağanın ləğv edilməsi istiqamətində tədbirlər görməyi təklif edir.
Vətəndaş müharibəsində olan Mərkəzi Afrika Respublikası almazların qanunsuz satışının dayandırılması üçün atılmalı olan addımların açıqlandığı "yol xəritəsi" almalıdır, deyə Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseev Moskvada verdiyi müsahibədə söylədi.
Moiseyev dedi: "Qanunsuz almaz satışının insanlara gəlir və dövlət üçün vergi gətirməsi üçün qanuni bazara keçməsini təmin etməliyik. MAR-da vəziyyət yaxılığa doğru dəyişmir və biz artıq bunu təxirə sala bilmərik" dedi.
Rusiyada keçirilən Afrika sammitində Moskva suverenliyi satışa çıxardı
Vladimir Putin, resurslarla zəngin Afrika qitəsində Sovet dövrünün təsirini bərpa etmək uğrunda çalışması sayəsində Rusiya bölgədə ABŞ və başqa güclərə qarşı hərəkətə keçir. O, oktyabr ayında keçirilən ilk Rusiya-Afrika sammitində 50-dən çox Afrika liderini qonaq etdi və müttəfiqi Yevgeni Priqojinin rəhbərlik etdiyi muzdlu ordusu Mərkəzi Afrika Respublikası da daxil olmaqla, bir sıra Afrika ölkəsində fəal iştirak edir.
Gələn il Rusiya, almaz satışına nəzarət edən bəzi qeyri- hökumət və bir qrup ölkələrdən olan təşkilatların birləşdiyi Kimberli prosesinin sədri olacaq. Məqsəd bu satışlardan gəlir götürən qeyri-qanuni hərbi birləşmələrin qarşısını almaqdır. MAR 2013-cü ildə qara siyahıya salındı, amma üç il sonra qiymətli daşların çlxarıldığı dövlətin "yaşıl zonalar" yaratması səbəbindən embarqo bir qədər yüngülləşdirildi.
Rusiya iddia edir ki, qadağan olunmamışdan əvvəl ildə 300.000 karatdan 39000 karata düşən MAR-da almazın tam ixracı, qeyri-qanuni almaz ticarəti ilə məşğul olmağa davam edən 5 milyon əhalisi olan bu yoxsul ölkəyə fayda verəcək. Moiseyevin sözlərinə görə, onların başqa çarələri yoxdur, çünki qaçaqmal yolu ilə çıxarılan daşlar daha ucuz olduğundan insanlar "işlərinə görə çox az pul alırlar".
İlk addım
Keçən ay Yeni Dehlidə Kimberli Prosesinin plenar iclası keçirilib. MAR hökumətinə yaşıl ərazilərdən işlənməmiş almazların ixracı üçün sertifikat vermək hüququnun verilməsinə razılıq verilib. Əvvəllər qiymətli daşlar yalnız beynəlxalq nəzarət qrupunun razılığından sonra ixrac edilə bilərdi. Rusiya Maliyyə Nazirliyi bunu MAR-da almazların leqallaşdırılması üçün "ilk addım" adlandırdı.
ABŞ Dövlət Departamentinin elektron poçtunda bildirildiyi kimi, Rusiyanın MAR-dakı fəaliyyəti "yaxşı idarəetmə, şəffaflıq və davamlı iqtisadi böyüməni dəstəkləməkdənsə, ölkənin kövrək qurumlarını və zəif qanun - qaydalarını istismar etməyə yönəlib".
Nə AB, nə də ABŞ, Rusiyanın MAR-da embarqonun qaldırılmasına imkan verən "yol xəritəsi" ilə bağlı xüsusi təklifinə cavab vermədi.
Putinin «aşbazı”
Rusiya, keçən ilin əvvəlində, Fransanın üç illik sülhməramlı missiyasını başa vurmasından sonra, MAR hökuməti silahlandırmaq və qorumaq üçün BMT-dən icazə aldıqdan sonra Rusiya MAR-a qoşun göndərdi. Rusiya KİV-lərinə istinadən xəbər verilir ki, Putinin müttəfiqi Priqojin də muzdlularını MAR-a göndərdi və köməkçisini prezident Faustin Arxangel-Tuader-in rəsmi təhlükəsizlik müşaviri təyin etdi. Prqojin, onun Konkord şirkətinə elektron poçtla yazılan şərh istəyinə cavab vermədi.
Xəbərlərdə deyilir ki, Priqojin yardım müqabilində Mərkəzi Afrika Respublikasında qızıl və brilyant üçün güzəştlər aldı. 2018-ci ilin ortalarında, sürgün edilmiş maqnat Mixail Xodorkovskinin maliyyələşdirdyi səfərə gedən, MAR-da öldürülmüş üç jurnalist Priqojinin fəaliyyətini araşdırdı.
"The Moscow Times"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az