Rusiya Afrikada HƏRBİ BAZA quracaq?

Baxış sayı:
4915

  Rusiya prezidenti Vladimir Putin və Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanc Tuader arasında görüş baş tutub.

Bu barədə Muxalifet.az vesti.ru-ya istinadla xəbər verir.
Rusiya silahlarının Mərkəzi Afrika Respublikasına tədarükü və satışı məsələsi prezidentlərin Soçidəki danışıqlarında müzakirə edilib.
"Hərbi-texniki əməkdaşlıq mövzusu, hərbi-texniki əməkdaşlığın davam etdirilməsi həqiqətən gündəmdə idi” - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
İnterfaks xəbər verir ki, bundan əvvəl Touader ölkəsinin ərazisində Rusiya hərbi bazasının yaradılması ehtimalını araşdırdığını bildirib. Ancaq Peskov danışıqlarda bu mövzunun qaldırılmadığını söyləyib.
muxalifet.az