Poqba “Barselona” yolunda: 100 milyonluq təklif

Baxış sayı:
1711

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın agenti Mino Rayola futbolçunun “Barselona”ya mümkün transferini müzakirə etmək üçün “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək.

Qol.az-ın yaydığı xəbərə görə, bu keçidə razılıq verilsə, “Barselona” qarşı tərəfə 100 milyon funt (112 milyo avro) təzminat ödəyəcək.

Bundan əvvəl yayılan xəbərə görə, Fransa millisi ilə DÇ-2018-in qalibi Poqba baş məşqçi Joze Mourinyonun xahişini rədd edərək istirahətini yarımçıq buraxmayıb. Bu da onların münasibətinin soyumasına səbəb olub.

Poqbanın “MY” ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır. O, bu kluba 2016-cı ildə 94.5 milyon funt (105 milyon) avro qarşılığında “Yuventus”dan keçib.