Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDI

Baxış sayı:
154

Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.

Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölmüşdü.

Polis xanımın ölümündə adı hallananCƏRRAH İŞDƏN ÇIXARILDI