Pensiya və müavinətlərin artımı üçün 200 milyon ayrılacaq
27-02-2018 16:25
Baxış sayı:
9811

"Azərbaycanda bu il pensiya və sosial müavinətlərin artımının maliyyələşdirilməsi üçün əlavə 200 milyon manat ayrılacaq".
Muxalifət.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir qeyd edib ki, ümumilikdə pensiya və sosial müavinətlərin artımı 1,856 milyon nəfəri əhatə edəcək.