ABŞ Rusiyadan Skripalı və qızını zəhərləyənləri verməsini tələb edir
7-09-2018 01:38
Baxış sayı:
5149
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Sergey Skripalın və qızının zəhərlənməsində şübhəli bilinən şəxsləri Britaniyaya verməyə çağırıb.
RİA Novosti bildirir ki, o bunu BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
Qeyd edək ki, Britaniya hakimiyyəti Skripalların zəhərlənməsində şübhəli bilinən şəxslərin adlarını açıqlayıb. Bunlar Aleksandr Petrov və Ruslan Boşirovdur. Britaniya tərəfi hətta onların şəkillərini də yayıb.