General-polkovnik Kərəm Mustafayevlə bağlı ŞOK İDDİA – “QƏZADA ÖLƏN HƏRBÇİYƏ ŞƏHİD STATUSU VERDİ”

Baxış sayı:
3640

Azərbaycan Respublikası müdafiə nazirinin keçmiş müavini, Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı, general-polkovnik Kərəm Mustafayev barəsində “Hürriyyət”in redaksiyasına sensasion məlumat daxil olub.
Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbə iddia edir ki, Kərəm Mustafayev Naxçıvanda avtomobil qəzasında həlak olan hərbi qulluqçuya şəhid statusu verib. Məlumata görə, yol-nəqliyyat hadisəsi 2017-ci il, may ayının 7-də, saat 21:00 radələrində Naxçıvan-Sədərək magistral avtomobil yolunda - Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Şərur rayonunun Arbatan kənd sakini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Ələkbərov Nuran Sadıq oğlunun idarə etdiyi 68-BC-222 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” E-240 markalı minik avtomobili ilə 1973-cü il təvəllüdlü Naxçıvan şəhər sakini, hərbi qulluqçu Eminov Mirnemət Mirhəsən oğlunun idarə etdiyi 75-BC-080 dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı minik avtomobili toqquşub. Hadisəyə yağan güclü yağış nəticəsində yaranmış sel və palçıq qatı səbəb olub.
Qəza nəticəsində ağır bədən xəsarəti alan Ələkbərov Nuran Sadıq oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ələkbərova Şəmsiyyə Elçin qızı, oğlu 2013-cü il təvəllüdlü Ələkbərov Sadıq Nuran oğlu və digər avtomobilin sürücüsü Eminov Mirnemət Mirhəsən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardıma baxmayaraq onlar mayın 8-də vəfat ediblər.
Mənbə iddia edir ki, əslində həmin dövrdə Kərəm Mustafayev hərbçilərə mülki avtomobil sürməyi qadağan etmişdi: “Həmin vaxtlar Kərəm Mustafayev hərbçilərin maşın sürməsinə icazə vermirdi. Lakin polkovnik Eminov şəxsi “Niva” markalı maşını ilə Şərurdən şəhərə gələrəkən, Kəngərli rayonu ərazisində qəzaya düşərək ölmüşdü. Kərəm Mustafayev ona şəhid adı verdi ki, guya, xidmət vaxtı postu yoxlayıb geri dönəndə qəzaya düşüb. Halbuki, bu, tamamilə yalandır. Onu biz basdırdıq, hələ qəbri üstündə güllə də atdıq”.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.