Prezident olanda sosial şəbəkələrə qarşı idi, İNDİ İSƏ...
29-08-2018 15:58
Baxış sayı:
979

Vaxtilə İranda sosial şəbəkələrə girişin qadağan olunmasının fəal tərəfdarlarından olan eks-prezident Mahmud Əhmədinejat indi Tvitter mikrobloqu olmadan dayana bilmir.
Teleqraf.com-un məlumatına görə, tvitini @Ahmadinejad1956 hesabı ilə ingilis dilində yazan Əhmədinejat sosial şəbəkə istifadəçilərini təəccübləndirib.
O, gərgin qrafikdə çalışsa da, Tvitter üçün həmişə vaxt ayırdığını yazıb.
52 mindən çox təqibçisi olan sabiq prezident Tvitterdə sadəcə öz hesabını izləyir.