ABŞ-da dinozavrların yeni növü kəşf edildi
21-07-2018 07:51
Baxış sayı:
4096

ABŞ paleontoloqları yeni dinozavr növünü aşkarlayıblar.
Muxalifet.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Yuta ştatının Tarixz Muzeyinin "Youtube" kanalında məlumat yayılıb.
Alimlər onu "Akainacephalus johnsoni" – akaynoçefal consoni adlandırıblar. O, ankilozavr dəstəsinə aiddir.
Paleontoloqların sözlərinə görə, dinozavrın bədəni möhkəm sümük zirehlə örtülüb. Tədqiqatçılar dinozavrın skeletinin böyük hissəsini tapa biliblər.