Sumqayıt sakini 9 bıçaq zərbəsi ilə QƏTLƏ YETİRİLDİ

Baxış sayı:
4801

Sumqayıt şəhər sakini bıçaqlanaraq qətlə yetirilib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Nuriyev Emil Cəmil oğlu naməlum şəxs tərəfindən 9 bıçaq zərbəsi alıb. O, aldı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.