​Bakıda arvadını xüsusi amansızlıqla öldürənə 17 il CƏZA VERİLDİ

Baxış sayı:
9520

Arvadını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Ağasənov Elgün Rasim oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən E.Ağasənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə Xırdalanda baş verib. Ər arvadını ailə münaqişəsi zəminində bıçaqlayaraq qətlə yetirib.
Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan 1986-cı il təvəllüdlü Ağasənov Elgün Rasim oğlu həyat yoldaşı - 1994-cü il təvəllüdlü Nadirova Axirə İsməmməd qızını şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirib.
Qətl hadisəsi mərhumun anasının gözü qarşısında baş verib.
E.Ağasənova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./musavat/