FTB-nin ən çox axtardığı terrorçulardan biri FİLİPPİNDƏ ÖLDÜRÜLDÜ
16-10-2017 10:25

Filippinin Maravi şəhərində İŞİD terror qruplaşmasını dəstəkləyən iki silahlı məhv edilib.
"Qazeta.Ru" xəbər verir ki, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana bildirib.
Onun sözlərinə görə, keçirilən xüsusi əməliyyat nəticəsində İsnilon Hapilon və Omar Maueteni məhv etmək mümkün olub. Nazir silahlıların liderlərindən olan Mahmud Əhmədin hələ də azadlıqda olduğunu deyib.
Qeyd edilir ki, İ.Hapilon "Əbu Səyyaf" terror təşkilatının liderlərindən biri olub və ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) "ən çox axtarılan terrorçular" siyahısında yer alıb.