"Murovdağ zirvəsinin azad olunması üçün 4 saat mübarizə apardıq..." - MUROVDA DÖYÜŞƏN MAYOR ANAR RAMAZANOV, VİDEO
17-11-2020 12:59
Baxış sayı:
1711

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başladıq və ermənilərin mövqelərini darmadağın etdik.
Bunu Qarabağ müharibəsində Murov zirvəsinin düşməndən azad edilməsində iştirak edən mayor Anar Ramazanov deyib.
O bildirib ki, Murovdağ zirvəsinin azad olunması üçün 4 saat mübarizə aparıblar və döyüş zamanı ağır yarlanıb: "Yarım saatdan sonra növbəti dəfə qəlpə yarası aldım. Şəxsi heyət mənə ilkin tibbi yardım göstərib düşmən olan ərazidən çıxardı. Bu müharibə ilə bütün dünya Azərbaycan Ordusunun gücünü gördü".