Husilər Yəmən müdafiə nazirinə RAKET HÜCUMU etdi
29-10-2019 20:21
Baxış sayı:
3241

Husilər, Yəmənin Marib şəhərində Müdafiə naziri Məhəmməd əl-Makdisiyə toplantı keçirildyi zaman reket hücumu təşkil edib.
Bu barədə Muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir.
Makdisi və toplantıda iştirak edən yüksək çinli hərbçilər hücumdan xilas olarkən, iki əsgər həlak olub.
Hücumla əlaqədar husilərdən hələ ki, heç bir açıqlama gəlməyib.
Yəmənin qərb bölgəsindəki Marib şəhərinin Sirvah məntəqəsi Husilərin nəzarətindədir. Husilər dağlıq bölgədəki mövqelərindən Marib şəhər mərkəzindəki hökümət binaları ilə əhali yaşayan yerlərə hücumlar təşkil edirlər.
Muxalifet.az