SON DƏQİQƏ: Suriyada rus ordusuna gözlənilməz HÜCUM - Yaralılar var
29-10-2019 18:34
Baxış sayı:
3682

Şimali Suriyada Darbasiya sərhəd keçid məntəqəsində ərazidən Rusiya hərbi polisi keçərkən atəş altına düşüb. Bu barədə Muxalifet.az RİA Novosti-yə istinadla bildirir. Keçid məntəqəsi Haseke vilayətinin şimal-qərbində yerləşir. İkhbariya telekanalının məlumatına görə 6 nəfər yaralanıb. Həmçinin bölgədə olan İtalyan jurnalisti Bendetta Arjentyeri xəbər verir ki, 1 nəfər rus hərbçisi və 4 yerli dinc sakin yaralanıb. Hadisə baş verən yer birgə türk-rus hərbçilərinin nəzarət etdiyi ərazinin 10 kilometrliyində baş verib. Türkiyə səfiri Mehmet Samsar Ankaranın İdlibə dair Rusiya ilə əldə edilən razılaşmaya sadiq olduğunu bildirib. Muxalifet.az