​Gürcüstan parlamentində “Keşikçi Dağ” məsələsi müzakirəyə çıxarıldı – QAPALI TOPLANTIDA HANSI RAZILAŞMA ƏLDƏ OLUNDU...

Baxış sayı:
3336

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və deputatlar parlamentin qapalı iclasında “Keşikçi Dağ” kompleksi və sərhədin demarkasiyası ilə bağlı problemləri müzakirə ediblər.

Muxalifet.az Gürcüstan mediasına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini “Keşikçi Dağ” kompleksi ilə bağlı problemli məsələlər haqda parlamentə məlumat verib. Nazir müavini qapalı iclasdan sonra jurnalistlərə açıqlama vermədən, parlamenti tərk edib.
“Biz demarkasiya işləri üzrə komissiyanın işləri haqda qanunverici orqanı məlumatlandırdıq”,- deyə Laşa Darsaliya bəyan edib.

Muxalifet.az