WSJ: ABŞ “Açıq Səma” Müqaviləsindən çıxmağa hazırlaşır

Wall Street Journal gizli mənbələrə istinadla ABŞ-ın “Açıq Səma” Müqaviləsindən çıxmağa hazırlaşdığını bildirib.
Muxalifet.az vesti.ru-ya istinadla bu barədə xəbər verir.
Nəşrin yazdığına görə prezident Donald Tramp buna dair əmr imzalayıb, amma hələ son qərar verilməyib.
Tramp administrasiyasında müqavilədən çıxışın tərəfdarları hesab edirlər ki, Rusiya casus təyyarələrdən istifadə edərək ABŞ-ın hərbi obyektlərində müşahidələr aparır. ABŞ və Kanada Rusiyanı həmçinin ölkənin Avropa tərəfində yoxlamalar keçirilməsinə mane olmaqda günahlandırırlar, RİA Novosti yazır.
Əvvəllər ABŞ-ın nümayəndələr Palatasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Eliot Enqel müqavilənin ləğv olunmasına görə öz narahatçılığını ifadə edib.
Açıq Səma müqaviləsinin 2002-ci ildən 34 üzvü var.
Muxalifet.az