Tramp Rusiyaya təşəkkür etdi
27-10-2019 18:17
Baxış sayı:
3898

Muxalifet.az russian.rt-yə istinadla bildirir ki, ABŞ prezidenti Donald Tramp "C-Span" kanalı ilə canlı yayımda İŞİD lideri Əbubəkr Əl-Bağdadinin məhv edilməsinə görə, Rusiyaya, həmçinin Türkiyəyə, Suriyaya, İraqa və kürd hərbi dəstələrinə minnətdarlığını bəyan edib.
“Mən Rusiya,Türkiyə, Suriya və İraq ölklərinə təşəkkürümü bildirirəm. Həmçinin bu çətin missiyanın yerinə yetirilməsində bizə dəstək verdiklərinə görə Suiya kürdlərinə minnətdaram”, - deyə Tramp ifadə edib.
Onun sözlərinə görə, Rusiya ABŞ hərbçiləri əməliyyat yerinə yola düşdükdən sonra Suriyanın nəzarət etdiyi hava məkanını yardım üçün açaraq “əla davranış” göstərib.
Muxalifet.az