Rusiya Afrikanı işğal edir? - ŞOK FAKTLAR

23-24 oktyabr 2019-cu il böyük ehtimalla Rusiyanın tarixinə yerli “Afrika Günləri- birinci Rusiya –Afrika sammiti” kimi yazılacaq.
Muxalifet.az inosmi.ru-ya istinadla təqdim edir.
Tədbirin devizi:”Sülh,təhlükəsizlik və inkişaf”naminə idi. Şüar çox dəqiqliklə seçilmişdi: o Afrika qitəsinin sakinlərinin həqiqi istəklərini təsvir edir. Qeyd etmək lazımdır ki, 1990-2000-ci illərdə Rus silah tacirlərinin bu qitəyə qeyri-leqal silah tədarükü və satışı etməsi burda sabitliyi pozan əsas katalizatorlardan biri oldu. Soçi tədbiri həqiqətəndə “çar”a layiq səviyyədə təşkil olunmuşdu.Tədbirin baş təşkilatçıları elm adamları,diplomatlar və muzdlular olsa da, qeyd edək ki, onun keçirilməsində əsas rol Rusiyanın Afrika İnstitutundan olan rus alimlərə məxsus idi. Bu arada sammitin təşkilatı məsələləriylə 2015-ci ilə qədər Sankt-Peterburq Beynəlxalq forumu adlanan Roskonqress Fondu məşğul olmuşdu. Tədbirin siyasi hissəsinə prezidentin köməkçisi Yuri Uşakovdan başqa bədnam iş adamı biznesmen (Putinin “aşbazı”) Yevqeni Priqojin cavabdeh idi. O özəl hərbi kampaniyalardan (Donbassda və Suriyada hərbi əməliyyatlarda iştirak edən muzdlulardan ibarət “Vaqner qrupu”) və Rusiya xüsusi xidmət orqanları vasitəsilə Putinin Afrikadakı maraqlarını güdən konsaltinq strukturundan ibarət qurum yaratmışdı. Priqojin özü də şəxsi yatırımları üçün Afrika ölkələrində uğurlu obyektlər tapdığına sevincli idi. 2018-ci ilin sonunda “Priqojin şəbəkəsi” Afrikada 10-dan çox ölkəni (Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya ,Qvineya-Bisau, Mozambik, Demokratik Konqo Respublikası) əhatə edib və 200-ə qədər gizli rus siyasi texnoloqları yerli siyasətçilərin “guya ki, seçkiilərdə qalib gəlməsi” üçün strategiya hazırlanması ilə məşğul olublar. Zimbabvedə olduğu kimi, xüsusi xidmət orqanlarının yetirməsi hazırkı prezident Emmerson Mnangvanın işi buna misaldır.
Yeri gəlmişkən,31 iyul 2018-ci ildə Azərbaycan əsilli jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında qeyri-qanuni silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə bilrlikdə qətlə yetirilib.
Priqojinin muzdluları, yerli almaz yataqlarının və uran mədəninin qorunmasında iştirak etdikləri Mərkəzi Afrika Respublikasında da gün üzünə çıxdılar. Vaqnerçilərin ümumi iş sxemi “təbii sərvətlərin əvəzində mühafizə və siyasi məsləhət xidmətləri” adlandırılır.
Rusiyanın Afrikadakı iqtisadi maraqlarının əsasında qiymətli və faydalı qazıntıların çıxarılması, qaz və neft yataqlarının istismarı, AES-lərin tikilməsi durur. Sammitə həsr olunmuş "Rusiya - Afrika: 2030-cu ilə ümumi baxış" hesabatında kənd təsərrüfatı texnikası, avtomobillər, taxıl və gübrələrin ixracı işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün prioritet sahələr kimi yer alıb. Rusların digər bir rəqabət istiqaməti silah (və yalnız qanuni olanlar deyil) ixracıdır; söhbət həm də Rusiya silahlarının müxtəlif üsyançı qruplara satılmasından gedir. Bu sahəyə rəsmi olaraq qarşılıqlı ticarət dövriyyəsinin yalnız 10% -dən çoxu düşür. Soçidə keçiriləcək zirvə görüşündə hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlərin imzalanacağı gözlənilirdi.
Afrikadakı regionunda təbii qaynaqları tapmaq və ixrac etmək, rəqabət qabiliyyətli olmayan və ya güclü rəqabətə davamlı olmayan rus məhsullarını digər bazarlara çıxarmaq və Qərb ölkələri ilə qlobal bir mübarizədə bu ölkələrin siyasi dəstəyini almaq Rusiyanın Afrika strategiyasıdır. Moskva 54 Afrika ölkəsinin BMT kimi benəlxalq təşkilatlarda loyallığını qazanmağa can atır. Rusiyanın Afrikadakı ən böyük hədəflərindən biri sonsuz təbii sərvətləri üzündən rusların bolluq mənbəyi kimi baxdığı Konqo Demokratik Respublikasıdır. Eynilə belçikalılar,fransızlar, amerikanlar da belə baxırdılar, indi isə çinlilər də ona bu cür baxır.
Bu çərçivədə iş adamı Konstantin Malofeyev də xatırlanmalıdır. O, hazırda Beynəlxalq Suveren İnkişaf Agentliyinə (IADA) rəhbərlik edən, "biz iqtisadi islahatla Qərb dünyasından iqtisadi və maliyyə asılılığından azad olmağa çalışan ölkələrə kömək edirik" deyən bir adamdır.
Eyni zamanda, IADA Rosatom ilə birlikdə Rusiya-Afrika sammitinin əsas sponsorudur. Afrikalıların bu qurumdan alacaqları köməkliyin necə olacağı Krımın işğalı və Donbasdakı müharibənin qızışdırıldığı günlərdə Malofeyevin “Marşal Kapital” kompaniyasının Aleksandr Boroday və İqor Girkin kimi muzdlularının fəaliyyətlərində nəzərə çarpır. Bir çox Afrika ölkəsi struktur və siyasi cəhətdən zəif olaraq qalır, bunlar da beynəlxalq sanksiyalar altında olan Malofeevi maqnit kimi özünə cəlb edir.
Rusiya-Afrika sammitinin açılışındakı çıxışında prezident Putin dedi: Moskva qitə ölkələrinə 20 milyard dollardan çox borcu sildi, əslində isə ondan da çoxu yazıldı.