Manatla bağlı VACİB QƏRAR
25-10-2019 14:47
Baxış sayı:
4354

Muxalifet.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq. Muxalifet.az