Hicran Hüseynovanın dəstəyi ilə qanunsuz tibbi xidmət və "yasak aşk"- BİABIRÇILIQ

Baxış sayı:
916

Bir müddət əvvəl sizə "N-Laz" klinikası haqqında danışmışdıq. Əslində təcrübəmizə güvənərək düşündük ki, xəbərdən dərhal sonra klinika rəhbəri Natiq Məmmədov sağlamlıq ocağına "əl gəzdirərək" sənət-sünətsiz "həkimləri" ətrafından təmizləyər. Amma sən saydığını say, gör fələk nə sayır...

                           Müxalifət.az-a daxil olan xəbərə görə, Şeyda Fərəcova ilə Natiq Məmmədovun rəhbərlik etdiyi "N-Laz" klinikasında dəyişən heç nə yoxdu. Əlbətdə dərc olunan son yazıdan sonra klinika rəhbərliyi dəhşətli dərəcədə əl-      ayaqa düşüb. Məlumata görə, Natiq Məmmədov yaxın qohumu Hicran Hüseynovaya qədər zəng edərək kömək istəyib. Və paralel olaraq klinikada çalışan əksər kosmetoloqları bir müddət kənarlaşdırmağa qərar verib. Mənbəmizin məlumatına görə qərardan sonra gərginlik yaşanan klinikada anlaşılmazlığa çarə tapılıb. Belə ki, klinika direktoru Şeyda Fərəcova birmüddətlik işdən uzaqlaşdırılan kosmetoloqlara maddi vəsait verib.
Klinika rəhbərliyi otaqları icarə əsasında işlətdiyi nəzərə alsaq, çox güman ki, Şeyda Fərəcova da alınmış icarə pullarını geri verib.

Mənbəmiz eyni zamanda bildirir ki, təkcə  Aytən Bağırovadan başqa hər kəs işdən azad olundu. Belə ki, Natiq Məmmədovun yaxın münasibətdə olduğu və heç bir qanuni sənədi olmadan kosmetoloq kimi çalışan  Aytən Bağırova hələ də "N-Laz" klinikasında kiprik qırpmadan çalışır. Və bununla da Natiq Məmmədov Azərbaycan Respublikasının qanunlarına tüpürərək  Aytən Bağırovaya olan sevgisini bütün kollektiv və mediaya nümayis etdirir. Natiq Məmmədov bir daha göstərdi ki, Azərbaycanda məmur qohumu olmaqla bütün qanunlara tüpürmək olar. 

"Balıq başdan iylənər".
                               Ölkənin naziri, deputatı, başçısı min hoqqadan çıxandan sonra, Natiq Məmmədov bir kosmetoloq sevgilisinə görə ölkəmizin qanunlarını niyə ayaqlar altına atmasın ki?
                                Sonda bir daha qeyd edək ki, adıçəkilən hər bir şəxsin mövqeyin işıqlandırmağa hazırıq və məsələ həll olunana qədər silsilə yazılarımız davam edəcək.