NATO texnikası Belorusiya sərhədində toplanır

Baxış sayı:
3268

Belorusiyanın Təhlükəsizlik Şurasının Dövlət katibi Stanislav Zas ABŞ-ın müvəqqəti işlər vəkili Cennifer Mur ilə ABŞ hərbçilərinin Belarus sərhədləri yaxınlığında yerləşdirilməsi planlarını müzakirə edib.
Bu barədə Muxalifet.az russian.rt-yə istinadla xəbər verir.

BELTA-nın xəbər verdiyi kimi amerika tərəfi Belorusiyanı “Atlantik qətiyyəti” və “Avropa Müdafiəçisi-2020” təlim əməliyyatlarının keçirilməsi barədə məlumatlandırıb.
Həmçinin ABŞ tərəfindən təlimin müddəti, cəlb edilən hərbçilərin tərkibi və hərbi texnika vasitələri, hərbi tərkibin daimi dislokasiya yerlərinə qaytarılması barədə informasiya verilib.
Bundan əvvəl NATO Baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, Şimali Atlantika alyansının Belorusiya sərhədlərinin yaxınlığında təlimlər keçmək üçün narahatçılığa əsas görmür.
Belorusiyanın müdafiə naziri Andrey Ravkov bildirib ki, ABŞ-ın zirehli tank texnikasının Litvada yerləşdirilməsi və 2020 ilin yazında NATO “Avropanın Müdafiəçisi” təlimlərinin keçirilməsi ilə əlaqədar cavab tədbirləri görüləcəkdir.
Muxalifet.az