​MƏNZİL HAQQINI KİMƏ ÖDƏMƏLİ: BƏLƏDİYYƏYƏ, YOXSA "JEK"Ə?

Baxış sayı:
19830

Vahid Əhmədov: ““JEK”lərin mənzil haqqı yığması doğru deyil” Samir Əliyev “Yeni Mənzil Məcəlləsi qüvvəyə minməlidir” Yeni Mənzil Məcəlləsi qəbul olunanda, yəni 2009-cu ildə jeklərin ləğvi nəzərdə tutulsa da, bu gün də jeklərin fəaəliyyət göstəməsi mənzil sahiblərinin haqlı narazılığına səbəb olur. Çünki mənzil sahiblərindən həm bələdiyyələrin, həm də “JEK”lərin ödəniş tələb etməsi vətəndaşlarda çaşqınlıq yaradır. Çünki qanunla ləğv edilmiş “JEK”lərin ödəniş tələb etməsi özü belə qanunazidd addımdır. Görünür, müstəqil Azərbaycanın hökumətinin qəbul etdiyi Mənzil Məcəlləsini hələ də Azərbaycan SSR-nin vaxtından qalmış köhnə Məcəllə ilə əvəz etmək istəmirlər. Amma həqiqətən kommunal sahəsində ciddi islahat aparılmasına ehtiyac var və bu yeni Mənzil Məcəlləsi həm köhnə binalarda, həm də yeni tikililərdə mənzil sahiblərinin problemlərinə aydınlıq gətirmiş olardı. “Hökumət artıq qərarını verib “JEK”lərin məsələsini həll etməlidir” Mənzil sahiblərindən həm bələdiyyələrin, həm də “JEK”ərin ödəniş tələb etməsi ilə bağlı millət vəkili Vahid Əhmədov “Hürriyyət”ə bildirdi ki, bu məsələ ümumiyyətlə tənzimlənməyib: “Düzdür, qanun olsa da, “JEK”lərin ləğvi ilə bağlı əvvəl çox söz-söhbət getdi, amma “JEK”lər ləğv olunmadı. Əslində, bələdiyylər varsa, bələdiyyələr o sahəyə cavabdehdirlər. O sahədə həm təmizlik işləri, həm də kommunal xidmətlər və. s işləri yerinə yetirirlər. Qanunla da bunlar bələdiyyələrin səlahiyyətində olan məsələlərdir. Ona görə, mən belə hesab edirəm ki, hökumət artıq qərarını verib “JEK”lərin məsələsini həll etməlidir ki, birdəfəlik bələdiyyələr bu işlərlə məşğul olsun”. “Bir mənzil haqqını neçə nəfər yığa bilər?” V.Əhmədov dedi ki, “JEK”lərin mənzil haqqı yığması doğru deyil: “Bir mənzil haqqını neçə nəfər yığa bilər? Bir mənzil haqqını bir təşkilat yığa bilər, o biri təşkilat yığa bilməz, axı. Ona görə, mən belə hesab edirəm ki, bu səlahiyyət bələdiyyələrə verilməlidir”. ““JEK”lər havadadır” İqtisadçı Samir Əliyev isə dedi ki, bələdiyyələrin və “JEK”lərin yığdığı ödənişləri bir-birindən ayırmaq lazımdır: “Söhbət ondan gedir ki, hansı ödənişlər verilməlidir. Bir vergi ödənişləri, bir də var mənzil haqqı var. Vergi Məcəlləsinə görə, vergi ödənişləri bələdiyyələr tərəfindən yığılmalıdır. Bura əmlak, torpaq vergisi daxildir (Söhbət fiziki şəxslərdən gedir). Şəhər yerində əsasən fiziki şəxslərdən əmlak vergisi yığılmalıdır. Ona görə də bu vergini ödəməliyik. Çünki blədiyyələrin büdcəsi bu vergilərdən formalaşır. Ancaq bələdiyyə ona həvalə edilmiş vergini yığa bilər, başqa hər hansı bir ödənişi yığmağa hüququ yoxdur. “JEK”lərin vəziyyəti isə bir qədər fərqlidir. Ümumiyyətlə, “JEK”lərin bu gün statusu qeyri-müəyyəndir, “JEK”lər havadadır”. ““JEK”lər tərfindən ödənişlərin yığılması Azərbaycan qanunvericiliyinə uyğun deyil” Əliyev xatırlatdı ki, “JEK”lər 1983-cü ildə Azərbaycan SSRİ tərəfindən qüvvəyə minmiş Mənzil Məcəlləsi əsasında yaradılıb: “Bu Məcəllə isə artıq qüvvədən düşüb və 2009-cu ildə Azərbaycan özünün müstəqil Mənzil Məcəlləsini qəbul edib. Yeni Mənzil Məcəlləsində Mənzil İstismar Sahələri nəzərdə tutulmur. Yəni Məcəllədə insanlar özləri özlərini idarə edə bilər və yaxud hər hansı binanı idarə etmək üçün özəl şirkətə verə bilər. Bu zaman mənzil haqqı insanların özləri tərəfindən müəyyən olunur və qanunvericilik bunu tənzimləyir. Yeni Mənzil Məcəlləsin qəbul olunmasına rəğmən, artıq 9-cu ildir “JEK”lər hələ də fəaliyyət göstərir. Onların fəaliyyət göstərməsinn qanunsuz olması bir tərəfə, hələ gəlib əhalidən ödənişlər də yığırlar. Amma bu ödənişlər də Nazirlər Kabinetinin 2000-cil tarixli 40 saylı qərarı ilə tənzimlənir. Bu qərar özü də Mənzil Məcəlləsi qəbul olunmamışdan əvvəkli qərarla tənzimlənir. Bu baxımdan, hesab edirəm ki, Mənzil Məcəlləsində yeni idaretmə forması tətbiq olunmalıdır və insanlar özləri ödənişləri müəyyən etməlidir. İkincisi də, ödənişləri özləri və yaxud həvalə etdikləri şirkət həyata keçirməlidir. “JEK”lər tərfindən bu ödənişlərin yığılması Azərbaycan qanunvericiliyinə uyğun deyil”. ““JEK”lər nə iş görür ki, gəlib o pulu da yığır?!” “Bələdiyyyələrin qanunun onlara verimiş öhdəliyi yerinə yetirmək hüququdur. “JEK”lərin isə pul yığması tam qanunsuzdur. Doğrudur, mənzil sahibi mənzildən istifadə etdiyinə görə mənzil haqqı verməlidir. Nazirlər Kabinetin dediyim həmin qərarı ilə 1 kv 1,5 qəpikdir. Yəni bu çox çüzi məbləğdir. Ona görə insanlar çox da bunun fərqinə varmırlar, amma eyni zamanda jeklər zibil, lift pulu da yığırlar. Düzdür, əhali zibil, lift, pulunu da verməlidir, amma jeklər nə iş görür ki, gəlib o pulu da yığır?!”,-deyə iqtisadçı sual etdi. ““JEK”in özəl mülkiyyətə xidmət göstərmək hüququ yoxdur” S.Əliyev onu da nəzərə çatdırdı ki, “JEK”lər icra hakimiyətlərininn nəzdində fəaliyyət göstərir: ““JEK”lərin bu gün funksiyası mənzil idarəçilyindən çox digər sahələrdir. Yəni “JEK”lər seçkidən tutumuş digər məsələlərə qədər sahələri əhatə edir. Ona görə düşünürəm ki, yeni Mənzil Məcəlləsi qüvvəyə minməlidir və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalıdır. Binada yaşayan sakinlər tərəfindən həmin bina idarə edilməlidir. Həmin binanın müliyyətçilri də orada iştirak etməlidir. Baxın, nə qədər insan orada işlə təmin oluna bilər. Ən əsası insanların istəyinə uyğun addımlar atıla bilər, yoxsa “JEK”lər gəlir insanlara problemlər yaradır, nəyə köməklik edir? O baxımdan, düşünürəm ki, bu daha çox siyasi iradədir və qununa zidd olaraq “JEK”lər bu gün fəaliyyət göstərir. Ola bilsin ki, “JEK”lər icra hakimiyyətlərin nəzdində fəaliyət göstərə bilər, amma jekin gəlib özəl mülkiyyətə xidmət göstərmək hüququ yoxdur”. (hurriyyet.org)