​“Millətiylə bərabər addımlayan siyasətçini yıxacaq heç bir fani güc yoxdur” - ƏRDOĞAN

Baxış sayı:
25720

Millətiylə bərabər addımlayan siyasətçini yıxacaq heç bir fani güc yoxdur.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada, Almadağ səmtində təşkil edilən mitinqdə çıxışı zamanı deyib.
“Vətəndaşı ilə eyni mövqedə olan, eyni hədəfə köklənən dövlət adamını dayandıra biləcək heç bir maneə ola bilməz. Qardaşlıqla, həmrəyliklə böyüyən ölkəni heç kim dayandıra bilməz və buna cəsarət etməz”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, martın 31-də Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilər baş tutacaq.