MAKRONA TƏZYİQLƏR ARTIR - Guaidonu tanımaq qərarına etiraz
8-02-2019 08:16
Baxış sayı:
14995
Fransada ultra solçu Boyun Əyməyən Fransa Hərəkatının lideri Jean-Luc Melençon prezident Makronun Venesuelanın müvəqqəti prezidenti Juan Guaidonu tanımaq qərarına təpki göstərib.
Melençon verdiyi açıqlamada, Makronun Guaidonun Venesuelanın müvəqqəti prezidenti olaraq tanımasının yaxşı bir qərar olmadığını söyləyib.
Müxalifət hərəkatının lideri “Belə edilərsə, haraya qədər gedə bilərik? Bu üsuldan istifadə edərsək sarı jiletlilərin öncüllərindən olan Eric Drouet Fransanın prezidenti olur" deyib.
Qeyd edək ki, bazar ertəsi günü Makron ictimai media hesabından verdiyi açıqlamada, Venesuela xalqının özlərini sərbəst və demokratik şəkildə ifadə etmək hüququna malik olduğunu söyləyib. "Əlaqə qrupunu dəstəkləyirik" deyə qeyd etmişdi.
Müxalifət.az