​Fələstin münaqişəsi Böyük Britaniyanın daxili işlər nazirini kreslosundan etdi – BAŞ NAZİR ONU AZAD ETMƏK QƏRARINA GƏLİB

Baxış sayı:
3151

Böyük Britaniyanın baş naziri Rişi Sunak Daxili İşlər Nazirliyinin rəhbəri Suella Bravermanı vəzifəsindən azad etmək qərarına gəlib.
“Sky News xəbər verir ki, bu qərar onun ölkədə Fələstin tərəfdarlarının mitinqləri ilə bağlı mübahisəli bəyanatlarından sonra verilib.
“The Times” qəzetinə açıqlama verən Braverman, şənbə günü Fələstin tərəfdarlarının keçirdiyi yürüşün bəzi təşkilatçılarının HƏMAS da daxil olmaqla, bəzi terror qrupları ilə əlaqəsi ola biləcəyini irəli sürüb. O, mitinqi “nifrət nümayişçiləri” adlandırıb və bu yürüşlərin sadəcə Qəzzaya dəstək məqsədi ilə keçirildiyini hesab etmədiyini deyib.
Braverman həmçinin Metro polisini Fələstin tərəfdarı etirazçılarla münasibətdə ikili standartlara yol verdiyinə görə tənqid edib. O, polisi seçici şəkildə yumşaq davranmaqda günahlandırıb və qeyd edib ki, sağçılarla müqayisədə solçu baxışların nümayişinə qarşı yumşaqlıq daha çox nümayiş etdirilir.