​Kür çayında suyun səviyyəsi 1 metr qalxıb

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.
Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. 
Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.
Mütəxəssislərin fikrincə, çayın indiki vəziyyəti rayon üçün elə də təhlükəli deyil. Amma Kür çayının səviyyəsi bu templə qalxarsa, nəinki Salyan, hətta Neftçala rayonu üçün də təhlükə yarada bilər.