Kobani Rusiya hərbçilərinin tam nəzarətinə keçdi

Baxış sayı:
6517

Muxalifet.az RİA xəbər agentliyinə istinadla Rusiya hərbi polis dəstələrinin Kobani rayonunda hərbi bazanı nəzarətə götürdüyünü bildirir.

Rusiyanın Suriyadakı hərbi kontingentinin baş təmsilçisi İqor Seritski RİA Novostiyə məlumat verib ki, Rusiya hərbi polisi Ayn əl-Ərəb (Kobanidə) rayonunda Türkiyə ilə sərhəddən iki kilometr məsafədə olan əsas yüksəkdə yerləşiblər.
“Baza sərhəd məntəqəsində yerləşir. Həm sərhədin özü, həm də şəhərin ətrafı daha adın görünür”-deyə Seritski əlavə edib. Onun sözlərinə görə yüksəklik rabitə qülləsi ilə təchiz olunmuşdur, buna görə Rusiya hərbi polisi Suriya sərhədçiləri ilə birlikdə kürd özünümüdafiə dəstələrinə və silahların geri alınmasına nəzarət edəcəkdir.
Xatırladaq ki, çərşənbə günü Rusiya hərbi polisinin karvanı Kobaniyə girib və Soçi sazişinə görə məhəllələri və sərhəd xəttini patrul dəstələri ilə müşahidə etməyə başlayıb. Elə həmin gün rus hərbi polis nümayəndələri Kobani rəhbərliyi ilə görüşüblər və birgə işin təfərrüatları müzakirə olunub.

 Muxalifet.az