"Kim Çen buna görə məndən üzr istədi" - TRAMPDAN AÇIQLAMA

Baxış sayı:
491

Şimali Koreya lideri Kim Çen raket sınaqlarına görə məndən üzr istəyib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində qeyd edib. O, Şimali Koreya liderinin bu barədə ona ünvanlannmış məktubunda yazdığını bildirib:

“Kim mənə göndərdiyi məktubda gözəl bir şəkildə ABŞ-Cənubi Koreya hərbi təlimləri bitən kimi görüşmək və müzakirələrə başlamaq istədiyini bildirib”.

Tramp məktubun uzun olduğunu, həmkarının “axmaq və bahalı” hərbi təlimlərdən şikayətləndiyini deyib:

“Kimlə çox yaxında görüşəcəyimizə ümid edirəm. Nüvə silahlarının olmadığı Şimali Koreya dünyanın ən uğurlu ölkələrindən olacaq”.

Qeyd edək ki, Tramp ötən gün Şimali Koreya prezidentinin ona məktub göndərdiyini açıqlamışdı.