"Kim Çen buna görə məndən üzr istədi" - TRAMPDAN AÇIQLAMA

Baxış sayı:
3926

Şimali Koreya lideri Kim Çen raket sınaqlarına görə məndən üzr istəyib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində qeyd edib. O, Şimali Koreya liderinin bu barədə ona ünvanlannmış məktubunda yazdığını bildirib: “Kim mənə göndərdiyi məktubda gözəl bir şəkildə ABŞ-Cənubi Koreya hərbi təlimləri bitən kimi görüşmək və müzakirələrə başlamaq istədiyini bildirib”. Tramp məktubun uzun olduğunu, həmkarının “axmaq və bahalı” hərbi təlimlərdən şikayətləndiyini deyib: “Kimlə çox yaxında görüşəcəyimizə ümid edirəm. Nüvə silahlarının olmadığı Şimali Koreya dünyanın ən uğurlu ölkələrindən olacaq”. Qeyd edək ki, Tramp ötən gün Şimali Koreya prezidentinin ona məktub göndərdiyini açıqlamışdı.