Gənc qadın və rəfiqəsinə 12 bıçaq vuruldu - BAKIDA
30-08-2017 08:45

Hadisə səhər saatlarında Qara Qarayev prospektində baş verib
Səhər saat 5:00 radələrində Bakının Nizami rayonunda iki gənc qadın bıçaqlanıb.
Hadisə Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın giriş qapısının qarşısında baş verib.
1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Mikayılova Elnarə Yanar qızına naməlum şəxs və ya şəxslər tərəfindən hər birinə 6 bıçaq zərbəsi vurulub. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb./report