Diplomatik qalmaqal: Bolqarıstan Rusiya diplomatını ÖLKƏDƏN QOVDU

Baxış sayı:
3154

 
“Fokus” agentliyinin XİN- nə əsasən verdiyi xəbərə görə Bolqarıstan höküməti casusluq etmək ittihamı ilə bir Rusiya diplomatını ölkədən qovub.
Bu barədə Muxalifet.az  RİA  agentliyinə istinadla xəbər verir.

 Qeyd olunur ki, Bolqarıstan prokurorluğu rus diplomatına qarşı casusluq ittihamı ilə təhqiqat aparıb, amma şübhəlinin diplomatik stusu üzündən işi dayandırmalı olublar.
Bundan sonra Sofiya Moskvadan diplomatı geri çağırmağı tələb edib və əməkdaş ölkəni tərk edib. Rusiya səfirliyi informasiyaya şərh verməyib.
Bolqarıstan prokurorluğunun bəyanatında bildirilir ki, təhqiqat Milli Təhlükəsizlik Agentiyinin siqnalına əsasən başladılıb. İdarədə bu nəticəyə gəliblər ki, diplomatik əməkdaş 2018-ci ilin sentyabrından dövlət sirrinə dair informasiya toplayırmış.
Bundan ötrü o Bolqarıstan,Avropa Birliyi və NATO-ya dair məxfi sənədlərə çıxışı olan yüksək çnli bolqar dövlət qulluqçuları ilə görüşürmüş.  
Muxalifet.az